23 sentyabr 2019 13:55
618

İrandan gözlənilən açıqlama gəldi: Böyük Britaniya...

İran Hörmüz Boğazında girov götürdüyü Böyük Britaniyaya məxsus “Stena Impero” neft tankerini sərbəst buraxıb.

Publika.az xəbər verir ki, bu barədə “Sky News Arabia” nəşri məlumat yayıb.

Qeyd edək ki, Hörmüzqan Liman və Dənizçilik Qurumunun baş katibi Allahmurad Afifipur “Stena Impero”nun sərbəst buraxılacağını bildirmişdi. O, neft tankerinin Bender Abbas limanından beynəlxalq sulara gedəcəyini demişdi.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu 19 iyul tarisində “Stena İmpero”nu Hörmüz boğazından keçdiyi əsnada beynəlxalq dənizçilik qaydalarını pozduğu iddiası ilə girov götürmüşdü.