25 yanvar 2020 20:45
1164

İraqda etiraz aksiyalarında 4 nəfər həlak oldu

İraqın Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyalarının dağıdılması zamanı 4 nəfər ölüb, daha 20-dən çox insan yaralanıb.

Bu barədə "Sky News Arabia" telekanalı bildirib. Məlumata əsasən, ən böyük miqyaslı etirazlar, Zi Kar vilayətindən başqa, paytaxt Bağdadda, eləcə də Kərbəla şəhərində keçirilib:

"Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən odlu silahdan istifadə nəticəsində dörd nəfər ölüb, onlarla insan yaralanıb".

Bağdadda təhlükəsizlik qüvvələrinin silahdan istifadəsi nəticəsində 20-dən çox insan yaralanıb.