19 yanvar 2021 16:25
623

İraqlı futbolçu Super Liqa  klubunda

Super liqa klubu “Dənizlispor” heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, Super Liqa təmsilçisi 29 yaşlı iraqlı yarımmüdafiəçi Əhməd Yasin ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasında 272 oyun keçirən Yasin 38 qol vurub. 64 dəfə İraq millisində oynayan futbolçu  6 qol müəllifi olub.