Ermənistan xalqı məğlubiyyət rəmzinə çevrilmiş baş nazir Nikol Paşinyana qarşı nifrətini gizlətmir və bunu açıq şəkildə nümayiş etdirir.
"İki sahil" Azvision.az-a istinadən xəbər verir ki, İrəvan küçələrində artıq etiraz aksiyaları ilə yanaşı, Paşinyanı aşağılayan plakat və şəkillər hazırlanıb divarlara yapışdırılır.
Tanınmış siyasi fəal Karapet Poqosyan Paşinyanın küçələrdə qrafiti üsulu ilə çəkilmiş fotosunu paylaşıb. Fotoda Paşinyanın üz nahiyəsinə xain yazılıb. Poqosyan paylaşdığı fotonu şərh edərək deyib: “Xain etiketi hər yerdə sizinlə belə qalacaq. Əlbəttə ki, qəbriniz olacaqsa, orda da yazılacaq!”.