24 fevral 2020 11:03
1706

İrina Şeyk məşhur alt paltarı markasının siması seçildi - FOTO

34 yaşlı İrina Şeyk hələ də dünyada ən tələb olunan modellərdən hesab olunur. "İki sahil" xəbər verir ki, bu yaxınlarda o, Milanda keçirilən moda həftəsində “Missoni”, “Etro”, “Salvatore Ferragamo” və “Versace” kimi brendlərin təqdimatında iştirak edib.

Bu gün isə artıq sosial şəbəkələrdə ulduz modelin məşhur italyan alt paltarları brendi olan “İntimmissimi”nin geyimlərində fotosessiyası yayılıb.

İrina markanın yeni kolleksiyasının – “Green Collection”un siması seçilib. Kolleksiya ekoloji təmiz geyimlərdən ibarətdir.