26 yanvar 2021 17:08
1114

İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması işlərinə başlanılıb

“İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı ümumi plan var. Yəni dövlətin ümumi proqramı var. Biz də, o proqramda iştirak edəcəyik”.

"İki sahil" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib. Onun sözlərinə görə, burda "Azəriqaz" daxili qaz şəbəkəsinin, paylayıcı sistemin yaradılması ilə məşğuldu. Oraya maqistral qaz kəməri də çəkilməlidir. Hazırda layihə axtraış işləri gedir: “Amma konkret hansısa bir işə başlanma vaxtı, müddəti dəqiq deyə bilmərəm.”

“İlkin olaraq Araz boyunca maqistral xəttin çəkilməsi nəzərdə tutulur və ordan da yuxarı rayonlara, Dağlıq Qarabağa doğru paylanması həyata keçiriləcək. Hazırda mövcud olan boru xətləri inventarlaşdırılıb, bununla bağlı xüsusi komissiyalar yaradılıb, bizim də 6 nəfər əməkdaşımış o komissiyalara daxildi.

Qazın çəkilişi üçün maqistral xətt olmalıdır, tələbat müəyyənləşdirilməlidi, hansı ərazidə sənaye sahələri olacaq, hansı ərazidə daha çox əhali olacaq, bunları bilmədən layihəyə başlanması ilə bağlı dəqiq heç nə deyə bilmərəm”, - deyə qurumun baş direktoru deyib.