13 yanvar 2020 12:41
467

İslam Bankının Yevlaxdakı layihəsi yarımçıq qalıb

“Dünya İslam Bankının dəstəyi ilə “Kəmalə A” şirkəti tərəfindən Varvara kəndində 30, Cırdaxan kəndində 10 hidrotexniki qurğu qurulub. Lakin  işlər maliyyə çatışmazlığına görə müvəqqəti olaraq  dayandırılıb”.

“İki sahil” xəbər verir ki, bunu Yevlax şəhər İcra Hakimiyyətinin başçısının Varvara İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cəsarət Səfərəliyev nümayəndəliyin hesabat məruzəsində deyib.

O bildirib ki, 2019-cu ildə Varvara kəndində 2 000 metrə yaxın su arxları qazılaraq təmizlənib: “Varvara kəndində artezian çənində baş vermiş nasazlıq tərəfimizdən və kənd fəallarınin köməyi ilə  təmir olunmuşdur”.

C. Səfərəliyev, həmçinin qeyd edib ki, kənd fasiləsiz internet xətti ilə təmin olunmasına, hazırda 40 dan çox abonentin bundan istifadə etməsinə baxmayaraq, bu, əhalinin ehtiyaclarını ödəmədiyi üçün yeni  nömrələrə ehtiyac var.