29 sentyabr 2020 03:21
849

Islam Əməkdaşlıq Təşkilatı Ermənistanın hərbi təcavüzünü pisləyən bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyən bəyanat verib.

"iki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, İƏT Baş Katibliyinin yaydığı bəyanatda Azərbaycan ərazisində Ermənistanın növbəti hərbi təxribat törətməsi və atəşkəs rejimini pozaraq hücuma keçməsi, mülki vətəndaşları qətlə yetirməsi qətiyyətlə pislənilir.

İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edərək, Ermənistanı təşkilatın qərarlarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə, qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa çağırıb. Eyni zamanda, tərəflər arasında sülhün Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində təmin edilməsi vurğulanıb.