15 may 2019 15:55
234

İslamı qəbul edən erməni uşaqla bağlı iddia: “Anası deyir ki…”

“Artur valideynlərinin icazəsi olmadan Nihat Hatipoğlunun proqramına qatılaraq, İslam dinini qəbul edib”.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylan deyib.

Deputat buna görə Türkiyə Telviziya və Radio Ali Şurasına və Baş Prokurorluğa şikayət məktubu göndərəcəyini bildirib.

Karo Paylan baş verənlərə görə ilahiyyatçı Nihat Hatipoğlunu ittiham edib:

“Arturun anası ilə görüşdüm və televiziya proqramına onun icazəsi olmadan qatıldığını dedi. Sabah aidyyəti qurumlara şikayət məktubu göndərəcəyəm”.

Karo Paylan Arturun etnik kökəninin hallandırılmasına da etiraz edib.

Türkiyənin məşhur ilahiyyatçısı Nihat Hatiboğlunun İstanbulun Sultan Əhməd meydanından yayımlanan iftar proqramında 13 yaşlı erməni əsilli Artur adlı uşaq müsəlmanlığı qəbul edib.

Xristian olan Artur səhnəyə çıxaraq Kəlmeyi-şəhadət gətirib. Nihat Hatiboğlu uşağın valideynlərindən razılıq aldığını deyib.