09 sentyabr 2019 10:49
140

İsmayıllıda fındıq bağlarından 300 tonadək məhsul yığılması gözlənilir

İsmayıllı rayonunda fındıq yığımı davam edir və artıq bağlardan 153 ton məhsul toplanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda fındıq bağlarının sahəsi 2091 hektara çatdırılıb. Bağların 87 hektarı bar verəndir. Topçu, Qurbanəfəndi kənd, İsmayıllı şəhər ərazi dairələrində məhsul yığımı daha mütəşəkkil aparılır.

Cari mövsümdə bağlardan 300 tonadək fındıq tədarük olunacağı gözlənilir.