24 iyul 2019 10:38
1299

İsmayıllıda süfrə üzümünün yığımına başlanılıb

İsmayıllı rayonunun cənub zonasında olan Kürdmaşı kəndində “Aspiland” MMC, “Kənd” MMC və fiziki şəxslərə məxsus üzüm bağlarında məhsul yığımına başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda bağlardan yığılan üzüm tez yetişən “Prima” sortudur. Yığılan məhsul satış üçün ətraf rayonların bazarlarına, habelə Bakı şəhərinə göndərilir.

Qeyd edək ki, İsmayıllı rayonunda 1121,5 hektar üzüm bağı var. Bağların 1012,9 hektarı bar verəndir. Plantasiyaların 310,4 hektarı süfrə sortundan ibarətdir.