13 may 2019 14:17
229

İspaniyada iş saatı üzərində məcburi nəzarət tətbiq edilir

Bu gündən başlayaraq İspaniyada bütün şirkətlər işçilərin işə gəlmə və işdən getmə uçotunu məcburi şəkildə aparmalıdırlar.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bu, həm işəgötürənlərin, həm də işçilərin maraq dairəsi üçün icra edilir. İşəgötürənlər intizama daha asan nəzarət edəcək, işçilər isə normadan artıq iş saatını yerinə yetirməyəcəklər.

Sosioloqların hesablamalarına görə, İspaniyada 735 mindən çox insan iş saatından artıq çalışır. Əgər onların istifadə etdikləri bütün bu artıq saatlar toplanarsa, o zaman bu, həftədə 5,7 milyon saata bərabər olar. Bununla yanaşı, artıq iş saatlarının təxminən yarısı işəgötürənlər tərəfindən ödənilməyib və ümumiyyətlə nəzərdə tutulmayıb. Əgər bütün bunları pul ekvivalentinə çevirsək, o zaman İspaniya şirkətlərinin hər həftə öz əməkdaşlarına 55 milyon avro əlavə pulu ödəmədiyi məlum olar.

Statistikanı müsbət istiqamətə dəyişməkdən ötrü yeni sistem tətbiq olunub.