16 mart 2020 17:27
1613

İspaniyalı futbolçu koronavirusdan öldü

İspaniyanın həvəskarlar liqasında mübarizə aparan "Atletiko Portado Alta" klubunun futbolçusu Fransisko Qarsiya dünyasını dəyişib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, bu yaxınlarda onkoloji xəstəlik aşkarlanan 21 yaşlı oyunçu koronavisdan vəfat edib.

Qarsiya həm də "Atletiko Portado Alta"nın gənclərdən ibarət komandasının baş məşqçisi idi.

Qeyd edək ki, İspaniyada koronavirusa 8 794 yoluxma faktı qeydə alınıb. Bunlardan 297 nəfəri dünyasını dəyişib. 517 nəfər isə sağalıb.