14 yanvar 2020 14:54
308

İstanbulun göbəyində silahlı qarşıdurma - FOTO

İstanbulun Ataşehir TEM Bağlantı yolunda iki sürücü arasında mübahisə yaşanıb.

“İki sahil” xəbər verir ki, Ertuğ Ertuğrulun  34 BD 8534 dövlət nömrə nişanlı avtomobilə dövlət nömrə nişanı müəyyən olunmayan avtomobil dəyib, zərbədən sonra qaçıb. Sürücü Ertuğ Ertuğrul  avtomobili vuran sürücünün ardınca getdi və iki sürücü arasında yenidən mübahisə başlayıb. Sonra mübahisədə silahlar ortaya girib. Silahlı şəxs bir-birinin ardınca atəş açaraq hadisə yerindən qaçıb.

Ətrafdakıların çağırışları ilə hadisə yerinə təcili yardım və polis qrupları gəlib. Ayağından yaralanan Ertuğrul hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılıb.

Polis qaçan şübhəliləri tapmaq üçün işlərə  başlayıb.