22 aprel 2019 17:06
474

İstanbulun Kağıthane rayonunda bina çöküb

İstanbulun Kağıthane rayonunda inşaat işlərinin aparıldığı ərazidə istinad divarı çöküb. Hadisə ilə əlaqədar ərazidə on bina boşaldılıb. Yaranan sürüşmə nəticəsində boşaldılan binalardan birində də çökmə meydana gəlib. İki avtomobil uçqunun altında qalıb.

AZƏRTAC xəbər verir ki, hadisə yerinə çoxlu sayda xilasedicilər, təcili tibbi yardım briqadaları və mütəxəssislər cəlb olunub.

Faktla bağlı təhqiqat aparılır.