17 mart 2020 19:47
631

İstanbulun küçə və prospektləri səssizliyə bürünüb

Dünyanın ən çox turist qəbul edən şəhərlərindən biri olan İstanbulun küçə və prospektləri demək olar ki, tamamilə boşalıb.

Dünyada sürətlə yayılan koronavirusa (COVID-19) qarşı qabaqlayıcı tədbirlər çərçivəsində martın 17-dən etibarən Türkiyədə ictimai və sosial obyektlərin fəaliyyətinin müvəqqəti dayandırılması qərarından sonra ölkənin bir çox yerində olduğu kimi, İstanbulda da insanlar demək olar evlərinə çəkiliblər. İlin dörd fəsli milyonlarla turist qəbul edən şəhərdə hazırda xarici vətəndaş görmək mümkün deyil. Turistlərin, eyni zamanda, yerli əhalinin də sıx olduğu Taksim və Kadıköy meydanları, Üsküdar sahili, İstiklal prospekti kimi ən işlək səmtləri də yalnızlığa məruz qalıb.

Qırx ildən artıq bu bölgələrdə yaşayan şəxslər indiyədək belə halla rastlaşmadıqlarını bildirirlər. //AZƏRTAC