10 mart 2020 15:19
3882

İstanbulun möhtəşəm məscidləri - FOTO

İstanbul Napoleonun dediyi kimi, dünya vahid bir dövlət olsa, onu paytaxt halına gətirəcək şəhərdir. “İki sahil” xəbər verir ki, iki qitədə yerləşən, dünyanın yeganə şəhəri olan İstanbul bəşər tarixi ərzində mühüm bir yerə sahibdir. Bu tarixi şəhər inanc baxımından da dünyanın aparıcı şəhərlərindən biridir. Məscidlər şəhəri olan İstanbulun möhtəşəm məscidlərinə bir daha nəzər salaq.

Süleymaniyyə məscidi

Qanuni Sultan Süleymanın dövründə “qızıl dövr” adlandırılan bu şah əsər İstanbulun ən vacib simvollarından biridir. İstanbulda əhəmiyyətli bir nöqtədə Memar Sinan tərəfindən 1551-1557-ci illər arasında inşa edilən və “şah əsər” olaraq xatırlanan Süleymaniyə Məscidi əslində Süleymaniyə Kompleksinin bir hissəsidir. Kompleksdə kitabxana, xəstəxana və hamam kimi binalar da var. Möhtəşəm Süleyman və Hürren Sultanın məzarları bu məscidin içərisindəki türbədə yer alır.

Yeni Məscid

Yeni Məscid və ya Validə Sultan məscidi 3-cü Muradın həyat yoldaşı Safiye Sultanın sifarişi ilə inşa edilib. 1597-ci ildə inşasına başlanan məscid 1665-ci ildə 4-cü Mehmedin anası Turhal Sultanın göstərişi ilə tamamlanıb. Rodosdan gətirilən daşlar məscidin tikintisində istifadə edilmişdir. Məscid yanğında külə çevrilən yəhudi məhəlləsində tikilib. Bölgədəki yəhudilər də Hasköyə köçürüldü. Tikintisi zamanı toplanan vergilər səbəbindən adı "Zülmiye" adlandırılan məscid açıldığı zaman "ədliyyə" adı ilə qeydiyyata alınıb.

Göy Məscid

Tikintisi 1609-cu ildə 1-ci Sultan Əhmədin hakimiyyəti dövründə başlayan məscid 1617-ci ildə ibadətə açılıb. Uzun müddət altı minarəli yeganə məscid adını qoruyub saxlayan içərisindəki mavi iznik plitələri səbəbiylə avropalılar tərəfindən "Mavi məscid" olaraq bilinən Sultanahmetin memarı Sedefkar Mehmet Ağadır. Məsciddə istifadə olunan bəzi plitələr Topkapı Sarayından gətirilib. 1935-ci ildə Ayasofya muzeyə çevirəndən sonra Sultanahmet İstanbulun əsas məscidi oldu.

Nuruosmaniyə məscidi

Nuruosmaniye məscidi İstanbulda qurulan ilk barokko üsulu ilə tikilən  məscidir. Tikintisi 1748-ci ildə başlayan məscid 1755-ci ildə ibadətə açılıb. Çemberlitaş rayonunda yerləşən məscid, “Kapalı çarşı”nın girişində yerləşir. 3 il taxtda olan 3-cü Osman dövründə tamamlanan məscid onun adı ilə ibadətə açılıb. Kitabxanası olan məsciddə beş min əlyazma da var.

Mihrimah Sultan Məscidi

 Mihrimah Sultan Məscidi və ya İskele Məscidi kimi tanınan və Üsküdarın ən vacib dini binalarından biri olan bu ziyarətgah Memar Sinan tərəfindən Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultan üçün inşa edilib. 1540-cı ildə inşasına başlayan məscid səkkiz ildə tamamlanıb. Edirnekapıdakı eyni adlı bir məscid də Memar Sinan tərəfindən inşa edilib. Mihrimahın günəş və ay mənalarına əsaslanaraq  İstanbulda günəşin çıxdığı və batdığı yerdir. Şayiələrə görə, məscidlər də Memar Sinanın Mihrimah Sultana olan sevgisinin bir ifadəsidir. Aprel və may aylarında günəş bu iki məscidin arxasında doğub batır.

Kalenderhane məscidi

Müqəddəs Theotokos Kyriotissa Kilsəsindən çevrilən Kalenderhane Məscidi Bozdoğan kəmərinin şərq ucunda yerləşir. Şərq Roma memarlıq əsəri olan bina 9-cu əsrdə inşa edilib. Ərazidə köhnə dövrlərə aid bir Roma hamamının da olduğu ortaya çıxıb. Fəthdən sonra Fatih Sultan Mehmet tərəfindən Kalenderi dərvişlərinə tapşırılıb. 18-ci əsrdə Maktul Beşir Ağa tərəfindən məscidə çevrilib. 1930-cu ildə ildırım vurması nəticəsində çox ziyan görən Kalenderhane məscidi 1965-ci ildə bərpa edildikdən sonra yenidən açılıb.

Böyük Mecidiye Məscidi

İstanbula gəldikdə ağla gələn ilk görüntülərdən biri şübhəsiz ki, Ortaköydəki Mecidiye Məscidi və arxasındakı 15 İyul Şəhidlər Körpüsüdür. Bu görüntünün bir hissəsi olan Böyük Mecidiye Məscidi Nigulos Balyan tərəfindən Sultan Abdulmecit üçün inşa edilib. Yeni Barokko üslubunda inşa olan məscid boğazın işıqlarını daxili hissələrə əks etdirmək üçün hazırlanıb. Bir illik inşaat dövründən sonra 1854-cü ildə ibadətə açılan məscid 2011-2014 ci illərdə bərpa edilib. İki minarəli məscid İstanbulun ən gözəl yerlərindən birinə sahibdir.

Eyüpsultan Məscidi

İstanbulun mənəvi fəthi olaraq bilinən Hz. Eyüp el-Ensari adını daşıyan məscidin adı da yerləşdiyi rayona verilib. Hz. Eyüp El-Ensari türbəsini də özündə saxlayan məscid bu səbəblə İstanbuldakı ən müqəddəs yer olaraq bilinir. Dəfələrlə təmir olunan məscid XIX əsrin birinci yarısında mövcud formasını alıb.

Ahi Çələbi Məscidi

Ahi Çələbi Məscidi Eminonu sahilindəki Zindan Xanın yanında yerləşir. Bura Evliya Çələbinin "Şefaat ya Rəsulallah" yerinə "Seyahat ya Resulallah" dediyi xəyallarında təsəvvür etdiyi məsciddir. 16-cı əsrdə Ahi Mehmet Çelebi tərəfindən inşa edilib. Daş kərpicdən tikilmiş məscidin tək minarəsi var.

Kılıç Əli Paşa Məscidi

İspan yazıçısı Servantes tərəfindən məhbus işçisi olaraq çalışdırıldığı rəvayət olunduğu lakin, reallıqda sübur edilməyən bu məscid Memar Sinan tərəfindən inşa edilib. 1580-ci ildə ibadətə açılan məscid Tophane rayonunda Derya Kılıç Ali Paşa tərəfindən inşa edilib. Dənizi dolduraraq tikilən ilk məscid olduğu iddia edilir.

Fatih Məscidi

Qeyd edək ki, bu gün də istifadə olunan Fatih məscidi Fatih dövründə qurulan məscid deyil. III Mustafa dövründə bugünkü görüşünü alıb. Əvvəlki məscid 18-ci əsrdə zəlzələ nəticəsində dağılıb. Laleli Məscidinin müəllifi olan 3-cü Mustafa da bir çox məscid tikdirsə də lakin bunların heç birinə öz adını verməyib.

Dolmabahçe məscidi

Sultan Abdülmecit tərəfindən anası Bezmialem Valide Sultan üçün inşa edilən və Mecidiye məscidi kimi neo-barokko üslubuna malik olan məscid Garabet Balyan tərəfindən  inşa edilib. Dolmabahçe Sarayının yanında tikilən və möhtəşəm boğaziçi mənzərəsi olan məscid İstanbulun simvollarından biridir. Tam adı Bezmialem Valide Sultan Məscidi olan bina 1948-1960-cı illərdə Dəniz Muzeyi olaraq istifadə edilib.

Camlica Məscidi

Siyahımızda ən yeni məscidi olan Çamlıca Böyük Məscidi İstanbulun ən yüksək nöqtələrindən birində, Çamlıca təpəsində inşa edilib. Altı minarəli inşa edilən məscid 2019-cu ildə ibadətə açılıb. Eyni zamanda 63 min insanın namaz qıla biləcəyi məscidin dörd minarəsi, Malazgirt döyüşünü simvolizə edən 107.1 metr yüksəklikdə qurulub. Neoklassik üsluba sahib olan məscid İstanbulun yeni simvollarından biridir.

Ayasofya

1935-ci ildən bəri muzey olaraq istifadə edilən Ayasofya 1453-cü ildə İstanbulun fəthi ilə məscidə çevrilib. Şərqi Roma İmperatoru Justinian tərəfindən Nika üsyanının yatırılmasından sonra inşa edilib. Miletus İsidoros və Tralles riyaziyyatçısı Anthemius tərəfindən inşa edilən bina yüz illərdir dünyanın ən böyük binası olub. Memar Sinan tərəfindən möhkəmləndirilən binada sultan türbələri də var.