22 yanvar 2021 03:58
859

İstifadəçinin əhvalını əks etdirən ağıllı bilərzik

İstifadəçinin əhvalını əks etdirən ağıllı bilərzik istehsal olunub. İlk baxışdan idman edərkən ürək nəbzini göstərən saatlara bənzəsə də, İngiltərədə hazırlanan bu bilərzik emosional sağlamlıq üçün nəzərdə tutulub.

"İki sahil" bildirir ki, Moodbeam adlı cihaz menecerlərə işçilərin əhval-ruhiyyələrini görmək üçün şərait yaradır. Mobil tətbiq və veb interfeysinə qoşulan cihazda biri sarı, digəri mavi olmaqla, iki düymə yerləşib. Sarı düymə müsbət, mavi düymə isə kədərli emosiyaları ifadə edir. Menecerlər həftə ərzində işçilərin əhval-ruhiyyələrini qarşıdakı paneldə internet üzərindən izləyə bilirlər.