17 sentyabr 2019 11:04
935

İstismara qəbul olunan mənzillərin sayı artmaqdadır

Son bir neçə gün ərzində Mənzil Tikinti Kooperativləri (MTK) üzrə 20 mənzil və 91 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub. "İki sahil" xəbər verir ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, 115 yeni abonentə kod, 150 abonentə kart açılıb, 84 abonentlə təbii qazın alqı-satqısına dair  müqavilə bağlanıb. 14 qeyri-əhali sektoru üzrə yeni obyektə rəy, 7 yeni obyektə qaz verilib. 81 fərdi yaşayış evinə texniki şərtin sorğu blankının verilməsi üçün baxış keçirilib, 6 fərdi yaşayış evinə isə qazın verilişi təmin olunub. Bundan başqa, MTK-lardan baxılması üçün daha 19 ərizə daxil olub.