16 yanvar 2020 11:15
136

İstixananın polietilen üzlüyü yanıb

Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 1400 m² olan istixananın polietilen üzlüyü 30 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 10 m² olan qazanxana və tutumu 3 ton olan yağ çəni yanıb.

“İki sahil” informasiya verir ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.