27 iyun 2020 14:00
412

İsveçdə COVID-19-dan daha 50 nəfər öldü

İsveçdə COVID-19 infeksiyası nəticəsində ölənlərin sayı son bir gündə 50 nəfər artaraq 5280 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə qurumlarının nümayəndələri Stokholmda keçirilən xüsusi brifinqdə məlumat veriblər. Belə ki, cümə gününə verilən məlumata əsasən, İsveçdə yoluxanların sayı 63 min 890-dan 65 min 137-yə qədər artıb ki, bu da son 24 saat ərzində 1.247 yoluxma halının aşkarlanması deməkdir.

Hazırda İsveçdə 171 xəstə reanimasiya şöbələrinə yerləşdirilib və bu həftənin əvvəlinə nisbətən xeyli azdır. Bununla belə koronavirusdan ölüm hallarında əvvəlki günlərlə müqayisədə ciddi artım müşahidə olunur.