19 mart 2020 13:08
721

İtaliya A Seriyası üçün yeni təqvim hazırlanır

İtaliya Futbol Federasiyası mayın 3-da bərpa olunması planlaşdırılan A Seriyası üçün yeni təqvimin tərtibinə başlayıb.

"Report"un məlumatına görə, bu barədə federasiyanın prezidenti Qabriele Qravina "Football Italia" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, çempionatın başa çatması iyunun 30-na planlaşdırılıb: "Liqaların bitməsi iyulun əvvəlinə də təsadüf edə bilər. Buna görə də UEFA və FİFA ilə birlikdə ölkəmizin səlahiyyətlilərinə müraciət göndərmişik. Aydın məsələdir ki, bu zaman Avropa çempionatının seçmə mərhələ oyunlarını tamamlamaq üçün avrokubokları və beynəlxalq pəncərəni də nəzərə alacağıq".

Q.Qravinanın sözlərinə görə, çempionat mayın 3-də başlamasa, avtomatik olaraq, bitmə vaxtı da uzanacaq: "Bu, həm də 700 milyon avro məbləğində maliyyə itkisi deməkdir. İdeal vaxt 30 iyundur. Əks halda, təcili tədbirlər görə bilərik. Variantlar arasında çempionatın 30 iyulda başa çatdırılması da var".

Qeyd edək ki, İtaliyada koronavirus pandemiyasına görə bütün idman tədbirləri mayın 3-dək təxirə salınıb.