15 iyun 2019 11:25
1034

İtaliyada 1,2 milyon kimsəsiz və yoxsul uşaq var

UNİSEF İtaliyada 1,2 milyon kimsəsiz və yoxsul uşaq olduğunu açıqlayıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə UNİSEF-in İtaliyadakı nümayəndəsi Françesko Samenqo söyləyib.
O, Romada könüllülərin toplantısında çıxış edərək 18-24 yaş arası italyan gənclərin 25,7 faizinin təhsil almadıqlarını və işləmədiklərini söyləyib. “İtaliya elə bir ərazi olmalıdır ki, biz − UNİSEF burada əvvəlki illərlə müqayisədə daha əzmlə çalışaq”,- deyə F.Samenqo vurğulayıb.