08 aprel 2020 15:07
948

İtaliyada üzərində yük maşını olan körpü uçdu

İtaliyanın şimalındakı Toskana vilayətində çay üzərindən keçən avtomobil körpüsü uçub.

Hadisə zamanı körpünün üzərində yük maşını olub.

Maşının sürücüsü xilas edilib, başqa xəsarət alan olmayıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir, qəza ilə bağlı araşdırma aparılır. //Trend