KÖŞƏ

Vəli İlyasov

İtlə yoldaş olanın...

29 iyul 2019 20:28
1624

Azərbyacanın torpaqlarını, maddi-mədəniyyət abidələrini, incəsənətini, musiqisini daim özününküləşdirməyə çalışan ermənilərin belə bəd əməlləri barədə saysız-hesabsız faktlar var. Onlar bizim yaratdıqlarımızı utanıb-qızarmadan öz adlarına çıxmaqdan xəcalət çəkmək əvəzinə belə rəzil əməllərdən şərəf hissi keçirdiklərini bildirməkdən də çəkinmirlər. Ermənilərin həyasızlıqları o yerə çatıb ki, son illər bizim musiqi alətlərimizi və mahnılarımızı oğurlayaraq xarici ölkələrdə öz mədəniyyət nümunələri kimi təqdim edirlər.

Bu il  iyulun ortalarında  Monteneqronun Herseqonovi şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilərin qarşıdurması baş verib.

Mətbuatda verilən xəbərlərdə bildirilir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi məlumat yayıb. O bildirib ki, Ermənistanı təmsil edən “Qafqaz” rəqs ansamblının üzvləri Azərbaycanın milli rəqsi olan “Köçəri” və Rəşid Behbudovun ifasında dünyada məşhurlaşan “Gözəlim sənsən” xalq mahnısını ifa ediblər:

Bu xalq mahnımızı ifa edərkən tamaşaçılar arasında olan çoxsaylı azərbaycanlılar Azərbaycan bayrağını qaldıraraq yüksək səslə rus dilində ermənilərə: “Bu, Azərbaycan mahnısıdır, ar olsun sizə!” deyiblər. Onlar müsiqinin dərhal dayandırılmasını tələb ediblər. Ancaq bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırıblar. Yerdən səs-küy salan bir qrup erməni ayağa qalxaraq çaxnaşma salıb. Zaldakı ermənilər başda həyasız qadın olmaqla öz saxta tarixləri ilə azərbaycanlılara “dərs” verməklə yanaşı, həm də təhqir etməyə başlayıblar. Onlar: “ Bizim 300 min illik tarıxımız olanda siz hardaydınız?” deyə qışqırıblar. Bununla da qarşıdurma başlanıb. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəlib.

Təəccüblüdür ki, “300 min illik tarixlərinin” olduğunu deyən ermənilər özlərindən soruşmurlar ki, bəs 300 min illik abidələrimiz, ədəbiyyatımız, incəsənətimiz və musiqimiz hanı? Halbuki bu qədər “uzun” tarixlərinin olduğunu heç nə ilə sübut edə bilmirlər. Sadəcə bunlar özlərini açıq-aşkar həyasızlığa qoyaraq başqa xalqların mənəvi xəzinəsini çapıb-talamağı peşə ediblər. Göründüyü kimi, ermənilər özlərini bir xalq kimi formalaşdırmaq üçün dələduzluqdan, oğurluqdan “yaxşı” istifadə etməyi bacarırlar. Qanı şovinizmlə zəhərlənmiş ermənilər bu çirkin məqsədə çatmaq üçün özlərini oda-közə vurmaqdan yorulmurlar.

Bir neçə gün əvvəl isə bir yaponiyalı gənc musiqiçi konsertdə balabanda mahnı ifa etdikdən sonra onu ermənilərin müsiqi aləti kimi təqdim edib. Əlbəttə, yapon balabanın azərbaycanlılara məxsus olduğunu bilməyib. Ancaq məsələ ondadır ki, ona bu səhv məlumatı verən erməni təxribatçılarıdır.

 Biz ayıq olmalıyıq, varlığımızı, tariximizi, mədəniyyətimizi, incəsənətimizi, hətta mətbəximizi belə peşəkar erməni oğrularından qorumalıyıq. Tale bizi belə alçaq xislətli bir millətlə qonşu olmağa məhkum edib. Babalarımız isə həmişə deyiblər ki, “İtlə yoldaş ol, amma  çomağını əlindən yerə qoyma.”