29 yanvar 2020 12:36
1288

İzeldən keçmiş sevgilisinə mesaj: Gəl deməsi yetər

İzel Sinan Akçılın layihəsi olan “Kararsızım” albomu üçün studiyaya gəlib, mahnını səsləndirib.

“İki sahil” xəbər verir ki, 14 Fevralda musiqi həvəskarlarının  ixtiyarına verəcəyi albom haqqında danışan İzel, bir müddətdir eşq yaşadığı keçmiş sevgilisi Sinan Akçılın albomunda mahnı oxumaq üçün əməliyyat gününü təxirə saldığını söyləyib. İzel “Sinanın onunla işləməsi üçün gəl deməsi kifayət edər. Normal limfa düyünlərimdən əməliyyat keçirəcəkdim. Sinanın layihəsi üçün əməliyyatımı çərşənbə gününə qədər təxirə saldım. Fanatlarım narahat olmasınlar, böyük bir əməliyyat deyil. Yaxın gələcəkdə limfa düyünlərimi əməliyyatla alacaqlar" deyə şərh edib.

Sinan Akçılın layihə albomundakı "Kararsızım" mahnısını səsləndirən İzel bildirib ki, 15 il əvvəl oxumaq istədim amma şərh edə bilmədiyim bir mahnıdır: “Bu mahnını oxumağı 15 il gözlədim. Bu gün bu layihə üçün qaça-qaça gəldim, çünki mahnılar mənə həyat verir. Bu layihədə olmasaydım çox üzülürdüm.”