27 iyul 2020 12:00
598

İzləyicisinin mesajı sayəsində xərçəng olduğunu bildi - FOTO

Amerikalı televiziya müxbiri Viktoriya Price izləyicisinin mesajı sayəsində xərçəng olduğunu öyrənib. 

"İki sahil" xəbər verir ki, diqqətli izləyici Viktoriyanın boynundakı şişliyi görərək ona mesaj yazıb: "Boynundakı şişkinlik məni narahat edir. Məncə, sən yoxlanışdan keçməlisən. Mənə öz boynumu xatırladır. Mən yoxlandığım zaman xərçəng diaqnozu qoyulmuşdu. Özünə yaxşı bax". 

Bu mesajdan sonra həkimə müraciət edən Viktoriya həyatının şokunu yaşadı. Belə ki, həkimlər onun çox nadir görülən tiroid xərçənginə tutulduğunu dedilər.

Qeyd edək ki, müalicələrə başlayan Viktoriya izləyicisinə təşəkkür etməyi də unutmadı.