13 fevral 2019 11:18
194

“Jadestone Energy” müqavilə imzalayıb

Asiya Sakit okeanı regionunda mərkəzləşən  “Jadestone Energy” neft -qaz hasilatı şirkəti “Staq” yatağında qazma əməliyyatları aparmaq  üçün “Ensco Australia” qazma qurğusu şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə görə, “Ensco Australia” “Jadestone”  şirkətini “Ensco 107” özüqalxan qazma qurğusu ilə təmin etməlidir.

“Iki sahil” “compelo.com” saytına istinadən xəbər verir ki,  qazma qurğusu əməliyyatlar tamamlandıqdan sonra Qərbi Avstraliyanın Damper əyalətinə köçürüləcək. 

“Jadestone” şirkətinin baş icraçı direktoru Paul Blakeley deyib ki, mən “Ensco” şirkəti ilə müqavilə bağlamaqdan məmnunam  və bu, şirkətimiz üçün böyük nailliyyət olacaq.

Qeyd edək ki, “Jadestone” şirkəti  “Staq” yatağında “Staq-49H”  quyusunu qazmağı planlaşdırır və yatağın ehtiyat həcmi təxminən 1.2 milyon barrel neft ekvivalenti təşkil edir. Qazma işlərinin  34 gün çəkəcəyi güman edilir.