07 oktyabr 2019 12:16
122

“Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanıb

“Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi və proqramın detalları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, gələn il festival iyulun 29-dan avqustun 2-dək keçiriləcək.

“Jara 2020” festivalının konsepsiyasını açıqlamaqdan məmnunuq. Beş gün ərzində hər zövqə görə 5 unudulmaz proqram təqdim ediləcək. Belə ki, iyulun 29-da festivalın qala konserti olacaq. İyulun 30-da 2000-ci illərin ulduzları çıxış edəcək, həmçinin Rusiya müğənnisi Filip Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. İyulun 31-də ötən əsrin 90-cı illərinin hitləri səsləndiriləcək və Dima Malikovun yaradıcılıq gecəsi olacaq.

Dördüncü gündə isə dünyanın hər yerindən populyar ulduzların çıxışı gözlənilir. Festivalın bağlanışı avqustun 2-nə planlaşıdırılır”, - deyə festivalın təşkilatçıları bildiriblər.

Qeyd edək ki, festival ənənəvi olaraq Bakıda, “Sea Breeze” istirahət zonasında keçirilir.