23 yanvar 2020 14:12
1415

Jessica Simpsondan illər sonra gələn cinsi təcavüz etirafı

Məşhur müğənni Jessica Simpson xatirələr kitabında 6 yaşında olanda cinsi təcavüz edildiyini və ailəsinə söylədikdə necə reaksiya verdiyini yazıb.

“İki sahil” xəbər verir ki, Məşhur müğənni Jessica Simpson "Açıq kitab" adlı xatirə kitabında uşaq ikən cinsi təcavüzə məruz qaldığını qeyd edib.

Beş il əvvəl kitab yazmağı təklif edən 39 yaşlı Simpson kitabında "Yatağımı bir ailə dostumun qızı ilə bölüşürdüm. Əvvəlcə kürəyimə toxunurdu, sonra isə çox narahat olan şeylər edirdi. Ailəmə deməyi düşündüm: “Qurbandım, amma günah nəsə səhv olduğumu hiss edirdim."

12 yaşında ikən, Simpson, anası və atasına avtomobillə səyahətdə olarkən söylədiyini və anasının atasına qışqıraraq "Sənə bir şey olduğunu söylədim" dediyini və atasının heç bir söz demədən yola baxdığını kitabında qeyd edib. "Heç vaxt o ailə dostumuzun evinə getmədik, nə də onlara bu barədə demədik" deyə Simpson yazıb.

Kitabında Simpson karyerasının əvvəlində bir alkaqol asılılığı problemi olduğunu da yazıb: “Özümü spirtli içki və psixotrop dərmanlarla öldürmək istəyirdim" ifadəsini də kitabında yazıb.

Qeyd edək ki, 2014-cü ildə Eric Johnson ilə evlənən Simpsonun üç övladı var.