19 iyun 2019 20:39
770

Jirinovski "biabırçılıq" sədaları altında Dumanı tərk etdi

Rusiya Dumasında Jirinovski növbəti qalmaqala imza atıb.

“Ölkə.Az” xəbər verir ki, millət vəkilləri onun fraksiyasına etimad göstərmədikləri üçün siyasətçi etiraz əlaməti olaraq Dumanı tərk edib. Siyasətçi və tərəfdarları milliyətcə rus olan xaricilərin Rusiya vətəndaşlığı almasını sadələşdirməyi təklif ediblər. Amma millət vəkilləri bu təklifi qəbul etməyiblər.
“Siz əksəriyyətin xeyrinə olan qanuna səs vermirsiz və mən sizinlə birlikdə olmaqdan iyrənirəm”, - deyərək Jirinovski tribunadan səslənib.

O, bu qərara etirazı biabırçılıq adlandırıb.