04 fevral 2019 12:30
226

Jizel Bündhen Di Kaprio ilə romanından danışdı

“Victoria's Secret”in modeli Jizel Bündhen Leonardo Di Kaprio ilə sevgili olduğu dövrdə baş verənlərdən danışıb.

Bündhen bu yaxınlarda həyatına aid kitab yazmışdı və son olaraq da bir jurnala müsahibə verib.

Cütlük 2000-2005-ci illərdə görüşüb. O, Kaprio ilə həyata başqa prizmalardan baxdıqlarını və bir müddət sonra fikir ayrılığına düşdüklərini bildirib. O, münasibəti zamanı yaşadığı pis anlardan da bəhs edib.

Jizel bildirib ki, o dövrdə mənəvi axtarışda olub və Kaprio ona qoşulmayıb. Bundan başqa aktyor onunla o dərəcədə maraqlanmayıb.
“Onunla olanda spirtli içki və siqaret çəkib bədənimi uyuşdururdum. Sonra ayrıldıq”, - deyə Jizel bildirib.

Qeyd edək ki, Jizel hazırda ərdədir və uşaqları da var. O, amerikalı idmançı Tom Bredi ilə ailə qurub.