09 iyul 2020 11:31
922

Jurnalistlər üçün təlimlər keçiriləcək

İyulun 15-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı ilə "Əhalinin kreditlər izafi borclarının qarşısının alınması üçün maarifləndirmə tədbirləri" çərçivəsində vətəndaş cəmiyyəti institutları (qeyri-hökumət təşkilatları, ictimai birliklər, assosiasiyalar və sair) və jurnalistlər üçün "İzafi borclanma: problemlər və tövsiyələr" mövzusunda təlimlər keçiriləcək.

İİTKM-dən bildirilib ki, təlim iştirakçılarına elektron sertifikatlar təqdim olunacaq. Təlimlərdə iştirak bu linkdən qeydiyyatdan keçməklə mümkündür.