24 fevral 2020 10:56
1202

Kanadada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb

Kanadada yeni növ koronavirusa daha bir yoluxma halı qeydə alınıb.

Bu barədə Ontario əyalətinin Səhiyyə Nazirliyindən bildiriblər.

Qeyd edilir ki, koronavirusa yoluxan qadın ölkəyə fevralın 21-i Çindən gəlib. O, Torontoya gəldikdən sonra həkimlərə müraciət edib.

Qeyd edək ki, Kanadada yeni növ koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb. //Trend