14 sentyabr 2019 11:32
756

Kanalizasiya quyusunda boğulub

Şirvanda bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Şəhər sakini 1948-ci il təvəllüdlü Şahmirzə Balaşov kanalizasiya quyusuna yıxılaraq boğulub. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən quyudan çıxarılıb və məhkəmə tibbi ekspertizasına təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.