20 may 2019 16:10
1089

Kann kinofestivalı Alen Delonu mükafatlandırıb

Kann kinofestivalın “Qızıl palma budağı” mükafatını məşhur fransız aktyoru Alen Delona təqdim edib.

Fransız aktyor festivalının təşkilat komitəsinin qərarı ilə bu mükafata kinematoqrafiyada qazandığı bənzərsiz karyerasına görə layiq görülüb.

Qeyd edək ki, Alen Delon 90-a yaxın filmdə çəkilib. O, “Qızmar günəş altında” (1960), “Rokko və onun qardaşları” (1961), “Leopard” (1963) kimi filmlərdə çəkildikdən sonra məşhurlaşıb. Uzun karyerası boyunca bu onun Kann kinofestivalında qazandığı ilk mükafatıdır.