03 iyun 2020 15:04
661

Karbohidrogenlərin satışından Fonda daxil olan vəsait açıqlanıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli"  yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 2 milyard 106 milyon ABŞ dolları daxil olub.

Bu barədə  "İki sahil"ə ARDNF-dan məlumat verilib.

Bildirilib ki, bu məbləğin  120 milyon  dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

“Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından  daxil olan vəsaitin həcmi isə 66 milyon  ABŞ dolları təşkil edib.