14 yanvar 2020 13:07
324

Keçən il İranda 1,5 milyon ton xurma istehsal olunub

Ötən ildə İranda 1,5 milyon ton xurma istehsal olunub ki, bu da 2018-ci illə müqayisədə 20 faiz çoxdur.

Hava şəraiti və fermerlərin əməyi məhsulun artımına imkan verib. Lakin İranın Xurma İstehsalçıları Birliyinin sədri Rəşid Fərruxu bildirib ki, xurmanın qiymətinin dövlət tərəfindən müəyyən olunması və ixracına məhdudiyyət tətbiq etməsi fermerlərin gəlirinə təsir göstərib. Onun sözlərinə görə, bazarda qiymətləri tələb və təklif müəyyən etməlidir. Bazara bol məhsul çıxarılması qiymətlərin yüksək olmasına imkan vermir. Dövlət xurmanın qiymətin ölkə daxilində yüksəlməməsi üçün onun ixracına qadağa tətbiq etdikdə fermerlərin gəliri azaldı.

Lakin buna baxmayaraq, İran Hindistana, Avropa ölkələrinə, Rusiyaya və digər MDB dövlətlərinə xurma ixrac edir. Ötən il hətta ABŞ-a da 400 milyon dollarlıq xurma ixrac olunub. //AZƏRTAC