28 yanvar 2019 20:01
378

Keçmiş düşmənlər dost oldu

Hande Yener dünən axşam Girnedəki bir gecə klubunda səhnəyə çıxıb.

Konsertdən əvvəl jurnalistlərə açıqlama verən Hande Demet Akalın haqqında açıqlama verib. O, jurnalistlərə deyib: “Demet ən yaxın dostumdur, nikah şahidim ola bilər”.

Hande jurnalistlərdən birinin “Nikah şahidiniz Demet Akalın olacaqmı? Bu xəbər doğrudurmu?” sualına velə cavab verib:

“Qismət, niyə də yox? Demet hazırda dostumdur. İnstaqramda bir-birimizə ürək göndəririk”.

Uzun müddət düşmən olan müğənnilərin barışdıqdan sonra bir layihə üzərində işləyib işləməyəcəkləri ilə bağlı suala Yener belə cavab verib:

“Hər şey ola bilər. Uzun müddət bizi düşmən görənlər artıq yan-yana görmək istəyir. Bəlkə bir duet, bəlkə də bir reklam çarxına çəkilə bilərik”.