14 fevral 2019 11:50
211

Keçmiş məhkumdan heroin və silah götürüldü

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılıb.

DİN Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, “Makarov” markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.