13 iyun 2019 13:58
120

Kənan Quluzadə: Biz çimərliklərə girişin pulsuz olmasının tərəfdarıyıq

Turizm Agentliyi çimərliklərdə monitorinq aparmağa başlayıb. Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “İki sahil”ə bildirib ki, Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinq aparmağa başlayıb: “Monitorinqin məqsədi bütün vətəndaşların çimərliklərdən istifadəsinə imkan yaratmaqdır. Dünya təcrübəsində çimərliklər ictimaidir və bizdə də belə olmalıdır. Bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Hansısa şirkət yalnız xidmət göstərirsə, bunun üçün xidmət haqqı ala bilər. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətləri müəyyən etmək istəyirik. Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri hazır olacaq. Nəticələrdən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik.”