10 yanvar 2020 12:37
464

Kəndlilər icra başçısından örüş yeri, fasiləsiz su istəyiblər

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  Qoxmuq kəndinin sakinləri ilə görüşüb.

"İki sahil" xəbər verir ki, səyyar qəbulda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan,  əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.

Kənd sakinləri Musa Daşdəmirov, Umudvar Əbabəkirov, Əlibala Məmmədov və başqaları çıxış edərək Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsinin işıqlandırılması, Qoxmuq kəndinin içməli su ilə təminatında yaranan fasilələrin aradan qaldırılması, heyvandarlığın inkişaf etdirilməsi üçün örüş sahələrinin ayrılması və  sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.