13 fevral 2019 21:22
236

Keniyada baş vermiş təyyarə qəzasında 5 nəfər ölüb

Keniyanın Lodvar şəhərindən havaya qalxan kiçik özəl təyyarənin Afrikanın cənub-şərqində - Keniya ərazisindəki vadiyə düşməsi nəticəsində 5 sərnişinin həlak olduğu bildirilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Keniyanın hava nəqliyyatında polis idarəsinin rəisi Rodgers Mbiti jurnalistlərə müsahibəsində təyyarənin göyərtəsində olan iki qadın və üç kişinin həlak olduğunu, dörd nəfərin əcnəbi turistlər olduqları ehtimal edilən bu sərnişinlərin milliyyətinin məlum olmadığını deyib. Onun sözlərinə görə, hazırda ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

Polis rəisi əlavə edib ki, qəzanın səbəblərinin araşdırılması ilə bağlı xüsusi ekspert qrupu yaradılıb. Təyyarənin Keniyada əcnəbilər üçün ov səyahəti təşkil edən “Safarilink Aviation” şirkətinə məxsus olduğu bildirilir.