12 fevral 2019 15:10
173

“Keşlə-2” və “Kəpəz” komandalarına texniki məğlubiyyət verilib

 AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Keşlə-2” və “Kəpəz” komandalarına texniki məğlubiyyət verib.

"İki sahil" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb hər iki kollektivin heyətində XIV turda adı protokolda olmayan futbolçunun meydana çıxmasıdır.

“Keşlə-2” “Sumqayıt”la səfər, “Kəpəz” isə MOİK-lə ev oyununda qayda pozuntusuna yol verib. Hər iki komanda 0:3 uduzduğu üçün hesab olduğu kimi saxlanılıb.