08 avqust 2019 13:17
207

“Keşlə”də yeni oyunçu

Paytaxtın “Keşlə” klubu növbəti transferini reallaşdırıb.

“İki sahil” kluba istinadən xəbər verir ki, klub rəhbərliyi ilə paraqvaylı futbolçu Lorenzo Frutos arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 1989-cı il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuelanın "Deportivo Lara" olmuşdur. Bununla yanaşı, o, Paraqvayın “Sol de América”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.