12 fevral 2019 10:33
639

Kibertəhlükəsizlik xidmətinin 14 fevral xəbərdarlığı

“Sevgililər günü” pis niyyətli insanların zərərli proqramlarının kompyuterinizə və ya telefonunuza yükləməsi üçün şərait yaradır. Məqsəd hər hansı bir insanın kompyuterinə, planşetinə və ya telefonuna daxil olmaq, xüsusilə də bank hesabı şifrələri və ya kredit kartı məlumatlarını öyrənməkdir. ESET sevdiyini və ya sevgilisi olan insanların cihazlarına zərərli proqramlar yüklənməməsi üçün bu müddətdə lazım olan mövzuları diqqətə çatdırdı.

Virus yoluxdurulmuş təbrik kartlarına diqqət

Bu xüsusi gündə kibercinayətkarlar texnoloji vasitələr üçün olan   virusa yoluxdurulmuş təbrik kartları, şeirlər, mahnı və ya videolara yönələn romantik linklərdən istifadə edirlər. Bu yolla onlar şəxsi məlumatlara, xüsusilə bank hesabı şifrələrinə və ya kredit kartı məlumatlarına daxil olmaq niyyətindədirlər. Bağlantılara diqqətlə yanaşmaq lazımdır. Jest etmək istədiyiniz zaman zərərli əlaqələrdən ötrü sevgilinizi riskə atmayın.

Hədiyyələrə diqqətlə yanaşın

İnternet və sosial şəbəkələrdə xüsusi təkliflər, pulsuz hədiyyələr və ya super endirimlər olan hər hansı bir mesaja diqqətli yanaşmalısınız. “Twitter” və ya “Facebook” kimi sosial şəbəkələr bu yollara əl atanlar üçün zəruri vasitələr sayılır.

Axtarış mühərriki zəhərlənməsi

Axtarış mühərriki zəhərlənməsi (BlackHat SEO) saxta və ya virusa yoluxmuş saytlar kimi təsvir edilən texnikaları əhatə edir. Zərərli saytların ortaya çıxmasını təmin etmək  üçün yaradılan linklər və bağlantılar axtarış proqramlarından olan “Google”a yerləşdirilir. Axtarış mühərriki zəhərlənməsi bəzən də reklam məzmunlu saytlara yönəldilir və yalnız vaxt israfına gətirib çıxarır.

Heç tanımadığınız sevgiliniz ortaya çıxa bilər

“Sevgililər günü” sadəcə cütlüklər üçün deyil, bir çox sevgilisi olmayan insanlar üçün də fürsətdir. Buna görə sevgilisi olmayan insanları hədəf alan daha çox mesaj görə bilərik. İngilis, xarici adlar və tək olduqlarını söyləyən insanlar tərəfindən yazılan mesajlar ilə qarşılaşa bilərsiniz. Bu cür təxribatlar sevgi axtarışında olan bir insan tərəfindən gəlirmiş kimi görünə bilər. İrəli mərhələdə isə təcili pula ehtiyacının olduğu deyilə bilər. Cavab verməyin, e-poçtu və ya mesajı silərək virussuz sakit həyatınızı davam edin!

Şəxsi məlumatlarınıza daxil olmaq istəyən tətbiqlərə diqqət edin

İstifadəçilərin romantik duyğularına xitab edərək şəxsi məlumatlarına daxil olmaq istəyən bir çox tətbiqlər var. Telefon və ya planşetinizdə tətbiqin yüklənməsinə icazə verəndə sizdən hansı məlumatlarınızı tələb etdiyinə fikir verin. Çox və əlaqəsiz suallara cavab tələb edirsə şübhələnməkdə fayda var.

Cari təhlükəsizlik proqramı problemləri uzaqlaşdırır

“Sevgililər günü” təhlükələrindən qorunmaq üçün spamfilter və fərdi firewall proqramı daxil olmaqla, müasir və proaktiv təhlükəsizlik proqramından istifadə edin. Özünüzü və sevgilinizi yoluxucu zərərli proqramlardan uzaq tutun.

Röya Rasimqızı