19 avqust 2019 15:49
717

Kişi boksçularımız dünya çempionatının hazırlığına start veriblər

Kişilərdən ibarət boks üzrə Azərbaycan yığma komandası təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, toplanış kişilər arasında keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 idmançı iştirak edir.

Dünya çempionatı sentyabrın 7-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.