04 dekabr 2019 13:02
96

KİV: ABŞ-ın İraqdakı 5 hərbi bazası raket atəşinə tutulub

İraqın qərbindəki Anbar əyalətində yerləşən ABŞ-ın 5 hərbi bazası raket atəşinə tutulub.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Anbardakı Ayn-əl-Əsəd rayonundakı hərbi bazaların raket atəşinə tutulması nəticəsində itki və dağıntı olmayıb.

Məlumata görə, həmin hərbi hissələrdə terrorçu İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə 5 min ABŞ hərbçisi yerləşdirilir.

İŞİD 2014-cü ildə Mosul şəhəri də daxil olmaqla İraq ərazisinin üçdə birini ələ keçirmişdi. 2017-ci ilin dekabrında həmin ərazilərin böyük hissəsi bu terrorçu qruplaşmadan təmizlənib. Bununla belə, onların Kərkük, Diyala, Səlahəddin və Anbar əyalətləri ətrafına hücumlarının davam etdiyi bildirilir.