05 noyabr 2019 12:38
1173

KİV nümayəndələri "Neft Daşları"na media tur ediblər FOTO

"Neft Daşları"nın istismar olunmasının 70 illik yubileyi ərəfəsində kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşının "Neft Daşları"na səfəri təşkil olunub.

“İki sahil” xəbər verir ki, vertolyot meydançasından Neft Daşlarındakı Mərkəzi meydana gələn KİV nümayəndələri burada Ulu Öndər Heydər Əliyevin büstünü, 1957-ci ildə baş vermiş fırtına zamanı həlak olmuş qəhrəman neftçilərin və Neft Daşlarının Qarabağ şəhidlərinin şərəfinə ucaldılmış abidələri ziyarət edib, "Neft Daşları"nda ilk quyunun qazıldığı ərazi ilə və parkda yaradılan şəraitlə tanış olublar. Media tur iştirakçıları daha sonra Neft Daşlarının təməli qoyulmuş “7 gəmi adası”nı ziyarət edib, 331-ci meydançadakı qazma qurğusuna, 28 May NQÇİ-nin compressor stansiyasına və lay sularının təmizlənməsi qurğusuna baş çəkiblər.

Orxan Vahidoğlu,

"İki sahil"