29 yanvar 2019 11:50
149

Kiyev meri xəstəxanaya yerləşdirilib

Kiyev şəhərinin meri Vitaliy Kliçko xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Kiyev şəhər Dövlət Administrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, Davos iqtisadi forumundan sonra Kliçko özünü pis hiss edib və Sankt-İoqan-in-Tirol şəhərində Avstriya klinikasına yerləşdirilib. O belindəki köhnə zədəsinə görə xəstəxanada müalicə olunur. Məlumatda qeyd edilir ki, Kliçkonun zədəsi xizəksürmə zamanı baş verməyib.

Kliçko xəstəxanaya yerləşdirildiyindən, onun Oslo şəhərinə nəzərdə tutulan səfəri təxirə salınıb.